AZ

22 dəqiqəlik dərs: Müəllim iki siniflə eyni vaxtda məşğul olur

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Birinci və ikinci sinif şagirdləri birlikdə dərs keçirlər.

Oxu.Az Xəzər TV-yə istinadla xəbər verir ki, müəllim 22 dəqiqə I siniflə, digər 22 dəqiqə isə II siniflə məşğul olur.

Qəbələnin Tikanlı kənd orta məktəbində yaranmış bu vəziyyət valideynlərin narazılığına səbəb olub. Onlar bildirirlər ki, sinif otaqları kifayət qədər olduğu halda iki sinfin bir yerdə dərs keçməsi yolverilməzdir.

Valideynlərin sözlərinə görə, məktəbdə müəllimlər də kifayət qədərdir. Mövcud vəziyyət şagirdlərin dərsi qavramasında çətinlik yaradır.

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsi açıqlama verib. Qurumun məlumatına görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ibtidai siniflərdə şagirdlərin sayı 10 nəfərdən az olduqda həmin siniflər komplekt (yəni birləşdirilmiş) qaydada təşkil edilir. Qərara görə, komplekt siniflərdə şagirdlərin ümumi sayı 18 nəfəri keçməməlidir.

Hazırda Tikanlı kənd tam orta məktəbinin I sinfində 9, II sinfində isə 9 şagird təhsil alır. Bu səbəbdən də normativ tələblərə uyğun olaraq I və II siniflər komplekt qaydada birləşdirilib.

Qurumun açıqlamasında həmçinin bildirilib ki, belə siniflərdə tədris prosesi xüsusi metodika əsasında həyata keçirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

22 dəqiqəlik dərs: Müəllim iki siniflə eyni vaxtda məşğul olur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
1
oxu.az

10Mənbələr