AZ

Ukraynadan saxta bomba zəngləri gəlir Gürcüstan DTX

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Son zamanlar Gürcüstana saxta bomba zəngləri əsasən Ukraynadan edilir.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Təhlükəsizlik Xidmətinin rəhbəri Mamuka Mdinaradze deyib.

“Məndə olan məlumata görə, zənglər bir ölkədən, heksogenin gətirildiyi ölkədən (Ukraynadan – red.) gəlir. Orada planlaşdırma aparılır. Xoşbəxtlikdən bunlar qeyri-effektiv və nəticəsizdir. Lakin həmin ölkədən belə xeyli zənglər gəlir”, - deyə o bildirib.

Mdinaradze qeyd edib ki, bu, təsadüfi deyil və ölkədə gərginlik yaratmaq cəhdi ilə bağlıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
axar.az

6Mənbələr