AZ

“Barselona” bu tarixdə “Kamp Nou”ya köçəcək

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Barselona” rəhbərliyində gələn ayın əvvəlində “Kamp Nou” stadionuna qayıdışla bağlı təkliflər müzakirə olunmaqdadır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat dərc olunub.

Bildirilib ki, Kataloniya təmsilçisi oktyabrda 27 min tamaşaçı tutumuna icazə verəcək lisenziya almalıdır. Lakin rəhbərlik gəlirlərin artırılması üçün başqa variantı da nəzərdən keçirir – əgər yan tribunalardakı təmir noyabrda tamamlanarsa, stadionun tutumu 45 min azarkeşə qədər yüksələcək.

Qeyd edək ki, “Barselona”nın Olimpiya Stadionunda keçirdiyi son qarşılaşmada – “Real Sosyedad”la oyuna 50 mindən çox azarkeş toplaşmışdı. Buna görə də klub daxilində oktyabrın 18-də “Jirona” ilə “Kamp Nou”da oynamağın maliyyə baxımından səmərəli olmadığı fikri güclənir.

Xatırladaq ki, “Kamp Nou”nun əsaslı yenidənqurma işlərinin 2026-cı ilin yayında tam başa çatacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
qafqazinfo.az

1Mənbələr