Almaniya səmasında naməlum pilotsuz uçuş aparatları (PUA) görünüb.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Bildirilib ki, PUA-lar Şlezviq-Holşteyn torpağında Almaniya və NATO üçün sualtı qayıqlar istehsal edən “Thyssenkrupp” gəmiqayırma zavodunun üzərində görüntülənib.
Dronlar həmçinin universitetin tibb mərkəzinin, elektrik stansiyasının, əyalət parlamentinin binasının və “Heide” neft emalı zavodunun üstündə də müşahidə edilib.