AZ

Ağdamda yanğın zamanı iki nəfər xəsarət alıb

Ağdam, 2 oktyabr, AZƏRTAC

Ağdamda baş verən yanğın zamanı nənə və nəvə ağır yanıq xəsarəti alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Quzanlı qəsəbə sakini İsmayılov Əhəd Natiq oğluna məxsus üçotaqlı evdə baş verən yanğın zamanı 1965-ci il təvəllüdlü İsmayılov Zibeydə Qənimət qızı və nəvəsi, 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı yanıq xəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə FHN-nin əməkdaşları cəlb edilib. Yanğın söndürülüb və yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanıb.

Seçilən
16
9
azertag.az

10Mənbələr