AZ

"Kəpəz" 5000 manat ziyana düşdü - Təhqirə görə

AFFA İntizam Komitəsi "Kəpəz"i 5000 manat cərimələyib.

Sportinfo.az xəbər verir ki, buna Premyer Liqanın VI turunda "Turan Tovuz"la oyunda azarkeşlərin rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəb olub.

"İmişli" 1000 manat ziyana düşüb. "Zirə" ilə qarşılaşmada media sektorunda kənar şəxslərin olması bölgə təmsilçisinin cərimələnməsinə gətirib çıxarıb.

"Qəbələ" də eyni məbləği ödəməli olacaq. "Qırmızı-qaralar"ın oyunçusu Prins Ovusu "Qarabağ"la matçın 1-ci dəqiqəsində qırmızı vərəqə alıb və 2 oyunluq cəzalanıb.

"Araz-Naxçıvan" isə 700 manat cərimələnib. Naxçıvan təmsilçisinin beş üzvü "Şamaxı" ilə görüşdə sarı vərəqə alıb.

Seçilən
28
sportinfo.az

1Mənbələr