AZ

“Onu satmaq “Barselona”nı zəiflətmək demək olardı”

“Barselona”nın idman direktoru Deku yayda “Çelsi”nin Fermin Lopesə göstərdiyi maraqla bağlı açıqlama verib.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, klubun heç vaxt ispaniyalı oyunçunu satmaq fikrində olmadığını bildirib:

“Fermini satmaq komandanı zəiflətmək demək olardı. Bu yalnız onun özü klubdan ayrılmaq istəsə, mümkün olar, amma belə bir şey olmadı. Ona görə də, Lopesin komandada qalmasına çox şadıq”.

22 yaşlı futbolçu “Barselona”nın yetirməsidir. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

Seçilən
24
sportinfo.az

1Mənbələr