AZ

Bu tətbiqdə köhnə foto və videoların saxlanması üçün ödəniş tələb olunacaq

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Məşhur mesajlaşma platforması “Snapchat” istifadəçilərin köhnə foto və videolarını saxlamaq üçün ödənişli sistemə keçəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qərar illər ərzində böyük arxiv formalaşdıran istifadəçilər arasında narazılıq yaradıb. 2016-cı ildən tətbiqdə mövcud olan “Memories” funksiyası istifadəçilərə əvvəl paylaşdıqları məzmunları saxlamağa imkan verirdi. Lakin yeni qaydalara əsasən, 5 GB-dan artıq yaddaş istifadə edən şəxslər arxivlərini qorumaq üçün ödəniş etməli olacaqlar.

“Snapchat” bildirir ki, istifadəçilərə ilkin olaraq 100 GB-lıq yaddaş planı təklif olunacaq. Daha yüksək həcmli yaddaş imkanları isə “Snapchat+” və “Snapchat Premium” abunəçilərinə ödənişli şəkildə təqdim ediləcək.

Şirkət dəyişikliklərin qiymətinə dair məlumat açıqlamasa da, bu sistemin qlobal miqyasda mərhələli şəkildə tətbiq olunacağını qeyd edib.

Qeyd edək ki, son on ildə istifadəçilər tərəfindən 1 trilyondan çox “xatirə” saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
qafqazinfo.az

1Mənbələr