AZ

İran və Türkiyə yeni hərbi əməkdaşlıq formatları axtarır

İranın müdafiə naziri Əziz Nasirzadə iki günlük rəsmi səfərlə Ankaraya gəlib. Səfərin əsas məqsədi iki ölkə arasında müdafiə və hərbi əlaqələrin inkişafıdır.

İran tərəfinin açıqlamasına görə, bu addım bölgədə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək.

“Türkiyə və İran regional, beynəlxalq məsələlərə və bütün İslam dünyasına təsir göstərən iki islam dövlətidir. Əməkdaşlığın, xüsusilə müdafiə sahəsində dərinləşdirilməsi sərhədlərdə sabitlik və təhlükəsizliyin güclənməsinə səbəb olacaq. Regionun üzləşdiyi böhranlarla bağlı da qərarlar qəbul ediləcək,” – Nasirzadə bildirib.

Səfər çərçivəsində hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı danışıqlar gözlənilir.

N.Təbrizli

Seçilən
37
anews.az

1Mənbələr