AZ

İlon Mask dünyanın 500 milyard dollarlıq sərvətə sahib ilk insanı oldu

Tesla səhmlərinin artımı amerikalı sahibkarı tarixi zirvəyə çatdırdı...

Poliqon xəbər verir ki, amerikalı sahibkar və Tesla şirkətinin rəhbəri İlon Mask tarixdə ilk dəfə olaraq sərvəti 500 milyard dollara çatan insan olub. Forbes Real-Time Billionaires reytinqinə görə, bu göstərici ABŞ-ın şərq vaxtı ilə 15:30-da qeydə alınıb. Daha sonra indeksdə kiçik dəyişiklik olsa da, Moskva vaxtı ilə 23:10-a olan məlumatda Maskın sərvəti 499,5 milyard dollar təşkil edib.

Sərvətindəki kəskin artım Tesla-nın səhmlərinin bugünkü ticarət zamanı təxminən 4% bahalaşması ilə bağlıdır. Bu yüksəliş Maskın sərvətinə təxminən 9,3 milyard dollar əlavə edib. Şirkətin səhmlərinin qiyməti, Maskın bu ilin aprelində Dövlət İdarəetməsinin Effektivliyi Departamentinin (DOGE) kuratoru vəzifəsindən istefa verib, diqqətini daha çox Tesla-ya yönəltməsindən sonra demək olar ki, iki dəfə artıb.

Qeyd edək ki, Mask uzun illərdir dünyanın ən varlı adamları siyahısında liderlik uğrunda mübarizə aparır. Onun sərvətinin əsas mənbələri Tesla və SpaceX şirkətləridir. Son illərdə Tesla elektromobillərinə qlobal marağın artması və şirkətin bazar dəyərinin sürətlə böyüməsi Maskın şəxsi sərvətini də rekord həddə çatdırıb.

Ekspertlərin fikrincə, Maskın sərvətinin 500 milyard dollara çatması dünya maliyyə tarixində yeni mərhələ hesab olunur. Onun həm texnologiya, həm də kosmik sənaye sahələrindəki təsiri gələcəkdə sərvətini daha da artırmaq potensialına işarə edir.

Poliqon.info

Seçilən
19
42
poliqon.info

10Mənbələr