
Oktyabrın 1-də keçirilməli olan “Avropa Siyasi Birliyi”nin sammiti bir gün təxirə salınıb.
Reyting.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Bildirilir ki, böhranların həllinə deyil, onların müzakirəsinə diqqət yetirmək kimi “uzun müddətdir davam edən Avropa problemi” dünən Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci zirvə görüşündə müzakirə olunmalı idi. Amma tədbir müəyyən səbəbdən bu günə keçirilib.
“Avropanın pilotsuz təyyarələr və hibrid hücumlara məruz qalmasına baxmayaraq, “Avropa Siyasi Birliyi”nin sammitinə problem yaranıb”,- yazan nəşr ləngimənin səbəblərindən biri kimi Slovakiyanın baş naziri Robert Fikonun səhhətinə görə sammitdə iştirak edə bilmədiyini göstərib.
E. KAMAL