AZ

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru işdən ayrıldı

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tutduğu vəzifədən azad edilib.TehsilForumu.Az Modern.az-a istinadla xəbər verir ki, Ceyhun Kərəmov ötən gün öz ərizəsi ilə işdən çıxıb.Onun yerinə hələ təyinat olmadığı bildirilir.Xatırladaq ki, Ceyhun Kərəmov 2020-ci il sentyabr ayının 15-dən etibarən Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb. 12 yanvar 2022-ci il tarixindən 2 oktyabr 2023-cü il tarixinədək Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edib. 2 oktyabr 2023-cü il tarixində Agentliyin direktoru vəzifəsinə təyin olunub.Məlumatı bundan əvvəl "qaynarinfo" saytı yayıb.

Seçilən
30
21
tehsilforumu.az

10Mənbələr