Əfqanıstanda internet xidməti təxminən 48 saatlıq fasilədən sonra bərpa olunub.
"Unikal" xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.
Təşkilat vurğulayıb ki, hazırda Əfqanıstanı idarə edən "Taliban" hərəkatı öz hərəkətləri ilə bağlı heç bir izahat verməyib.
Xatırladaq ki, sentyabrın 29-da ölkəni idarə edən terror təşkilatı "Taliban" Əfqanıstanda internet xidmətini kəsmişdi. Sentyabrın 18-də Əfqanıstanın 34 əyalətindən 11-də genişzolaqlı internet bağlanıb. Bu əmri Əfqanıstan lideri Hebatullah Axundzadə “əxlaqsızlığa” qarşı mübarizə çərçivəsində verib. Mənbələr bildiriblər ki, o, yalnız dövlət qurumları və diplomatik nümayəndəlikləri internetə çıxışla təmin etmək üçün yeni şirkətin yaradılmasına göstəriş verib.
Gülayə Mecid