Ağdamda fərdi evlərdən birində yanğın olub, nənə və nəvəsi ağır yaralanıb.
Milli.Az xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
Belə ki, rayon sakini İsmayılov Əhəd Natiq oğluna məxsus 3 otaqlı evdə yanğın baş verib.
Hadisə zamanı 1965-ci il təvəllüdlü İsmayılov Zibeydə Qənimət qızı ikinci dərəcəli, onun nəvəsi 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı isə birinci dərəcəli yanıq xəsarətləri alıb.
Yaralılar Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma başlanıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)