Vətəninfo.az xəbər verir ki, ABŞ-ın ən böyük neft şirkətlərindən olan ExxonMobil dünya üzrə 2 min əməkdaşını işdən çıxarmağı planlaşdırır. Bu addım şirkətin uzunmüddətli restrukturizasiya proqramı çərçivəsində atılacaq.
Bloomberg-in məlumatına görə, ixtisarlar bir sıra regional mərkəzlərin birləşdirilməsi ilə bağlıdır və nəticədə şirkətin ümumi ştatının 3-4 faizi azaldılacaq.
Xatırladaq ki, 2024-cü ildə ExxonMobil-in işçi sayı 61 min nəfərə yaxın olub. Hazırda neft şirkətləri bazarda qiymətlərin uzun müddət aşağı səviyyədə qalmasına hazırlıq görür və bu məqsədlə restrukturizasiya yolu ilə investorları sakitləşdirməyə çalışırlar.