AZ

ABŞ hakimiyyəti Rusiya vətəndaşı Postovoyu deportasiya etmək niyyətindədir

ABŞ-nin immiqrasiya orqanları 2024-cü ildə ixraca nəzarəti pozmaqda və Rusiyaya ikili istifadə texnologiyaları verməkdə ittiham olunan Rusiya vətəndaşı Denis Postovoyu deportasiya etməyi planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə vəkil Uilyam Koffild TASS agentliyinə bildirib.

"Onun bu gün səhər saatlarında zaminə buraxılması ilə bağlı məhkəmə iclası var idi. Onun zaminə buraxılması rədd edildi", o, deyib.

Koffild əlavə edib ki, onun deportasiya ediləcəyi təqdirdə əvvəllər irəli sürülən ittihamlar üzrə məhkəmənin necə davam edəcəyi hələlik bəlli deyil.

Əvvəllər vəkil bildirib ki, Postovoy hazırda ABŞ-da heç bir hüquqi statusa malik deyil.

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr