AZ

Rusiya şokdadır: ABŞ Ukraynaya görün nə verəcək

ABŞ Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək üçün Ukraynaya kəşfiyyat məlumatları verəcək.

Publika.az xəbər verir ki, bu barədə “Wall Street Journal” Amerika rəsmilərinə istinadən məlumat yayıb.

“Birləşmiş Ştatlar Ukraynanı Rusiyanın enerji infrastrukturuna qarşı uzunmüddətli zərbələr üçün kəşfiyyat məlumatları ilə təmin edəcək. ABŞ prezidenti Donald Tramp bu yaxınlarda zərbələrin endirilməsi ilə bağlı Kiyevə kömək etmək üçün kəşfiyyat agentlikləri və Pentaqon üçün icazə sənədi imzalayıb”, – jurnalistlər yazır.

Vurğulanıb ki, Kiyevə bu cür hücumlarda ilk dəfə yardımı məhz Donald Tramp administrasiyası təşkil edəcək.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq da Trampın Ukraynaya Rusiya ərazisinin dərinliklərinə qədər uzaq məsafədən zərbələr endirməsinə icazə verdiyini iddia edib. Onun sözlərinə görə, Rusiyada toxunulmaz ərazilər yoxdur.

Seçilən
28
1
publika.az

10Mənbələr