BAKI, 2 oktyabr. TELEQRAF
Xızı rayonunun Giləzi qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb.
Teleqraf xəbər verir ki, insident “kərpic zavod” adlanan ərazidə şəxsi mübahisə zəminində baş verib.
2007-ci il təvəllüdlü Məmmədov Emin Ceyhun oğlu tanışı, 1988-ci il təvəllüdlü Yəhyaev Hüseynbala Cürət oğluna bıçaqla xəsarət yetirib.
İlkin məlumata əsasən, H.Yəhyaev qarın nahiyəsindən daxilə nüfuz edən kəsilmiş-deşilmiş yaralar alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Xızı Rayon Polis Şöbəsinin Təhqiqat Qrupunda araşdırma aparılır.