AZ

Tanrının ədaləti sonsuzdur...- Zaur Əliyev

Belə bir rəvayət var. Bir məmləkətdə iki nəfər yaşayırdı. Biri zalımların zalımı, digəri isə mömün idi. Mömün bütün günü ibadət edər, Tanrının qaydalarından qırağa çıxmazdı. Zalım isə hər gün insanlara zülm edər, döyər, öldürər, sonra isə özünü elə aparardı ki, sanki bu işləri o etməyib. Tale elə gətirdi ki, hər ikisi eyni gündə öldürlər və mömün cənnətdə görürür ki, zalım da onunla bir yerdə ordadır. Təəccüblü halda Tanrıdan bunun səbəbini soruşanda belə cavab alır: "O, bir dəfə insanları öldürən zaman ağlayan qızın başına qanlı əlləri ilə sığal çəkib və günahları bağışlanıb"
Bəlkə də bu rəvayəti zalımlar özləri uydurublar ki, özlərinə haqq qazandırsınlar. Məsəl üçün yüzlərlə insanlara zülm edən şəxsin Həccə getməsi kimi.
Lakin bir həqiqət var. Tanrının mərhəməti sonsuzdur, lakin ədaləti ondan da sonsuzdur. Mən inanmıram ki, Tanrı zalımlara qarşı bu qədər ədalətli olsun. Onun mərhəməti və qəzəbi də eyni bərabərdir. Zalıma mərhəmət etmək onun işi deyil.
Tanrı insan deyil axı ...
Zaur Əliyev, tarixçi
Seçilən
16
news365.az

1Mənbələr