AZ

Kiyevdən Orbana açıq sual: Bunu da edəcəksən?

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Macarıstanın Baş naziri Viktor Orbana sual ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

O, Budapeştin Kiyevin də iştirak etdiyi beynəlxalq təşkilatlardan çıxmaq niyyətində olub-olmadığını soruşub.

“Bir çox beynəlxalq formatlarda macarlar və ukraynalılar birlikdə iştirak edirlər. Məsələn, BMT, Avropa Şurası, Dunay Komissiyası, MAQATE və digər onlarla təşkilat. Deməli, Macarıstan onların hamısından çıxmaq niyyətindədir, elə deyilmi?”, – deyə Sibiqa Orbanın hesabını işarələyərək sual edib.

Bundan əvvəl Viktor Orban bəyan etmişdi ki, Ukraynanın münaqişədən sonrakı taleyi artıq həll olunub.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
globalinfo.az

1Mənbələr