Şairə Nazilə Səfərli sosial şəbəkədə paylaşdığı açıqlaması ilə diqqət çəkib.
News365.az xəbər verir ki, O, əvvəlki illərdə hamıya yaranmağa çalışdığını, hər kəsdən təşəkkür gözlədiyini bildirib:
“Əvvəllər çox mülayim adam idim. Hamıya yaranmağa çalışırdım. İstəyirdim hamı mənə sağ ol desin, sanki buna möhtac idim. Təşəkkür almaq üçün ürəyim gedirdi. İndi isə çox dəyişmişəm. Mənə maraqlı deyil ki, kim haqqımda nə düşünür. Çünki zamanında yaxşılıqlarımın əvəzinə hamı məni xərclədi”.