AZ

Türkmənistan liderindən Azərbaycanla bağlı qərar

BAKI, 2 oktyabr. TELEQRAF

Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondu Azərbaycanın Füzuli şəhərində məscidin layihələndirilməsi və tikintisini maliyyələşdirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Beynəlxalq İnformasiya Mərkəzi məlumat yayıb.

Qərar Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun tapşırığına əsasən qəbul edilib və fondun humanitar fəaliyyətinin genişləndirilməsini və Türkmənistanla Azərbaycan arasında əlaqələrin möhkəmlənməsini əks etdirir.

Seçilən
27
6
teleqraf.com

7Mənbələr