AZ

"Sözümü bəyənməyən zalı tərk etsin!" - Trampdan məmurlara

ABŞ prezidenti Donald Tramp Amerika ordusunun yüzlərlə yüksək rütbəli komandirləri qarşısında etdiyi çıxışı ilə gündəmə gəlib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Virciniyadakı hərbi bazada 800-ə yaxın yüksək rütbəli zabiti toplayan Tramp bir saatlıq nitqlə bir çox mövzuda, o cümlədən ordunun fəaliyyəti və qlobal məsələlərlə bağlı mesajlar verib.

Belə ki, Tramp tribunada "Dediklərim xoşunuza gəlmirsə, otağı tərk edə bilərsiniz, amma o zaman rütbəniz də, gələcəyiniz də itiriləcək...", -  deyərək çıxışına başlayıb.

Çıxışında daxili təhlükəsizlik məsələlərinə diqqət çəkən Tramp, ölkənin cinayət və qeyri-qanuni immiqrasiyadan qaynaqlanan “daxili müharibə” ilə üz-üzə olduğunu müdafiə edib. 

Gülayə Mecid 

Seçilən
453
3
unikal.az

10Mənbələr