AZ

Səfərbərlik Xidmətinin 9 əməkdaşı korrupsiyaya görə İŞDƏN QOVULDU

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 75 əməkdaşı barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

Turkustan.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin III rübünü əks etdirən statistik məlumatlarında yer alıb.

Qeyd olunub ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə aparılmış xidməti araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin müvafiq dövründə 143 əməkdaş (onlardan 54-ü rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. O cümlədən bu il 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib.

2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 35 fakt üzrə 75 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Seçilən
18
12
turkustan.az

10Mənbələr