AZ

Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi bərpa olunur

2025–2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə 2 oktyabr 2025-ci il tarixində, saat 11:00-dan etibarən yenidən start verilib. Qəbul prosesi bq.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. 

Sistem üzərindən növbə yaradılarkən valideynlər bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçə bilərlər. Növbəyə yazılmış uşaqların boş yerlərə sorğu əsasında qəbulu isə minimum beş gün sonra mümkün olacaq.

Elm və Təhsil Nazirliyi bildirir ki, məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbul prosesi il ərzində davam etdiriləcək.

Seçilən
12
45
anews.az

10Mənbələr