Finss.az - 02 oktyabr 2025-ci il tarixində dünya bazarında qiymətli metallar üzrə qarışıq dinamika müşahidə olunub.
Spot qızılın qiyməti 3,862.07 ABŞ dolları/unsiya səviyyəsində qərarlaşıb. Dekabr müqavilələri üzrə qızıl futuresləri isə 0,3 % azalaraq 3,887.50 ABŞ dollarına enib.
Gümüş bazarında cüzi geriləmə qeydə alınıb. Trading Economics bildirir ki, gümüşün qiyməti 47.23 ABŞ dolları/unsiya olub, bu da əvvəlki günlə müqayisədə -0,20 % dəyişiklik deməkdir.
Digər qiymətli metallar arasında platin qiyməti sabit qalaraq təxminən 1,558 ABŞ dolları səviyyəsində saxlanıb. Paladium isə 1,5 % artaraq 1,263.50 ABŞ dollarına yüksəlib.