AZ

Zelenski Kopenhagendə: Aİ Ukraynaya dəstək yollarını müzakirə edir

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı Kopenhagendə Avropa liderləri ilə görüşlərə qatılıb.

Gununsesi.info xarici mediaya istiadən xəbər verir ki, sammitdə əsas müzakirə mövzusu Ukraynaya maliyyə dəstəyi və müdafiənin gücləndirilməsi olub.

Aİ liderləri Kiyevə 140 milyard avro həcmində yeni kreditin dondurulmuş Rusiya aktivlərindən maliyyələşdirilməsi ideyasını gündəmə gətirib. Danimarkanın baş naziri Mette Frederiksen bildirib ki, “Rusiyanın dağıtdıqlarının bədəlini ödəməsi ədalətlidir” və Ukraynaya dəstəyin Avropanın təhlükəsizliyinə sərmayə olduğunu vurğulayıb.

Bununla yanaşı, Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Aİ-yə qoşulması perspektivinə qarşı çıxaraq prosesə əngəl yaradıb. Orban Ukraynaya yardımın Avropa İttifaqı vəsaitlərini zəiflədəcəyini deyib.

Zelenski isə Avropa liderlərini birliyə çağıraraq xəbərdarlıq edib: “Amerika əvəzinə Rusiya ilə əlaqələri seçənlər həm Avropaya, həm də ABŞ-a qarşı gedirlər”.

Gülxanım 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
icma.az

1Mənbələr