GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Almaniya, Fransa və İtaliya Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi üçün ABŞ və Yaponiyaya təzyiq edirlər”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, sözügedən ölkələr G7-nin razılığını almaq fikrindədirlər:
“Avropa Mərkəzi Bankı (AMB) qorxur ki, Rusiya aktivlərinin müsadirəsi qlobal miqyasda avroya inamı sarsıda bilər. Lakin Vaşinqton və Tokio oxşar addım atsa, bu narahatlıqlar aradan qalxacaq.
Üç Avropa ölkəsi Yaponiya və ABŞ-ı Rusiyanın dondurulmuş aktivləri ilə bağlı birlikdə hərəkət etməyə çağırıblar. Təzyiqlərə baxmayaraq, hər iki ölkə bu məsələdə ehtiyatlı davranır, heç bir vəd verilməyib”, – deyə vurğulanıb.
Qeyd edək ki, sözügedən aktivlərin Ukraynaya yardım məqsədilə istifadə edilməsi nəzərdə tutulur.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.