Həmçinin Azərbaycanın enerji təchizatında oynadığı rol Avropa üçün cəzbedicidir.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar Cənubi Qafqazı ASB üçün strateji əhəmiyyətli edir. Avropa İttifaqı özünün " qonşuluq siyasəti" strategiyası müxtəlif maneələrlə qarşılaşır və özünü doğrultmur. Amma, Avropa Siyasi Birliyi Cənubi Qafqaz ölkələri ilə təhlükəsizlik, siyasi-iqtisadi və enerji məsələlərini müzakirə etməklə, region ümumi baxışı müsbət istiqamətdə formalaşdırır.
Rusiyanın Ukraynaya qarşı hərbi işğalı regionda yeni bir böhranlı situasiya formalaşdırır. Ona görə də ASB Rusiyanın təzyiqi ilə daima üzləşən Cənubi Qafqaz ölkələrinə dəstəyi artırmış olacaq.
Qeyd edim ki, sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri N. Paşinyanın görüşü mümkündür. Hər iki lider iki ölkə arasında sərhədlərin delimitasiya -demarkasiyasını Zəngəzur istiqamətindən başlanmasını müzakirə edə bilər. Həmçinin anklav kəndlərlə bağlı müəyyən ortaq məxrəcə gəlinməsi mümkündür. Həmçinin Zəngəzur dəhlizində işlərin başlanması və Konustitusiya dəyişikliyi məsələləri müzakirə oluna bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31