AZ

Ermənistanın sabiq prezidenti Robert Koçaryan Moskvada Kiriyenko ilə görüşüb

Görüşdə seçki strategiyası və daxili siyasət mövzuları müzakirə olunub...

Ermənistanın sabiq prezidenti Robert Koçaryan bir neçə gün əvvəl Moskva şəhərində Kremlin Ermənistan məsələləri üzrə koordinatoru, Rusiya Prezident Administrasiyasının rəhbər müavini Sergey Kiriyenkoyla görüşərək respublikanın daxili siyasi problemlərini, o cümlədən seçkilərlə bağlı məsələləri müzakirə edib.

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Koçaryan Kiriyenkoya seçkilərdə uğur qazanmaq üçün öz formulunu təqdim edib:

"Bu plan müxalifətin konsolidasiyası və hakimiyyətə qarşı mümkün qədər geniş cəbhədə mübarizə aparmaq, həmçinin maliyyə xərclərini nəzərdə tutur," deyə nəşr yazır.

Qəzet iddia edir ki, Kiriyenkoheç bir konkret öhdəlik götürməyib, daha doğrusu, demək olar ki, Ermənistan məsələsindən əlini üzüb.

«Qraparak» həmçinin «Ermənistan» blokundan olan deputat Ağnes Xamoyandan öyrənməyə çalışıb ki, Koçaryan son günlərdə Moskvada olubmu və Kiriyenkoyla görüşüb, lakin deputat suala şərh verməyib.

Poliqon.info

Seçilən
1
poliqon.info

1Mənbələr