AZ

Bakıda ağacların kəsilməsi faktı üzrə 4 nəfər saxlanılıb

Bakının Nəsimi rayonu, S.Əsgərova və Pişəvari küçələrində ağac kəsilməsi faktı üzrə istintaq araşdırmaları aparılır.

Daxili İşlər Nazilyinin Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən həmin əməlləri törətməkdə şübhəli olan 4 nəfər müəyyən olunaraq saxlanılıb.

"Nəsimi Rayon Polis İdarəsində ağac kəsilməsinin səbəbləri və digər iştirakçıların olub-olmaması müəyyənləşdirilir", - məlumatda qeyd olunub.

Seçilən
8
15
anews.az

10Mənbələr