AZ

“Red Wolf Cyber” haker qrupu Azərbaycan saytlarını hədəfə aldı - XƏBƏRDARLIQ

"Son günlər "Red Wolf Cyber" adlı haker qrupu Azərbaycan informasiya resurslarına qarşı kiberhücumlar təşkil edir. Onların istifadə etdiyi əsas üsullar arasında DDoS hücumları və digər tipli texniki hücumlar var"

Olaylar.az xəbər verir ki, bu barədə informasiya təhlükəsizliyi üzrə mütəxəssis Rəşad Zeyvəliyev bildirib.

Onun sözlərinə görə bu cür hücumların məqsədi sayt və sistemlərin fəaliyyətini müvəqqəti dayandırmaq, xidmətləri əlçatmaz etmək və ictimaiyyətdə çaşqınlıq yaratmaqdır:

"Belə hallardan qorunmaq üçün təşkilatlar öz sistemlərini mütəmadi yeniləməli, DDoS qoruma xidmətlərindən və firewall həllərindən istifadə etməli, infrastrukturunu daim monitorinq altında saxlamalıdır. İstifadəçilər isə güclü parollardan istifadə etməli, iki mərhələli identifikasiyanı aktiv etməli, şübhəli linklərə və saxta məlumatlara etibar etməməlidir.

Kibertəhlükəsizlik yalnız texniki müdafiə ilə bitmir , hər kəsin diqqəti və məsuliyyəti bu prosesin əsas hissəsidir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
3
olaylar.az

4Mənbələr