AZ

BMT Baş katibinin "Fəaliyyət Proqramı"nda BTQ-nin hesabatı yer aldı

Bakı Təşəbbüs Qrupunun (BTQ) hesabatı BMT Baş katibinin 2025-ci il üzrə təqdim etdiyi "Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyinin həyata keçirilməsi üzrə fəaliyyət proqramı"na dair məruzədə qeyd olunub.

Publika.az xəbər verir ki, bu barədə BTQ məlumat yayıb.

Bildirilib ki, Baş katibin hesabatında BTQ məhz dekolonizasiya və kiçik adalarda yaşayan xalqların müstəqilliyi istiqamətində fəaliyyət aparan qlobal vətəndaş cəmiyyətləri sırasında yeganə QHT kimi adı qeyd olunub.

Xatırladaq ki, 2025-ci ilin mayında Bakı Təşəbbüs Qrupu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına "Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyi" çərçivəsində həyata keçirilmiş fəaliyyətlər barədə öz hesabatını təqdim edib.

Qeyd edək ki, BTQ-nin təqdim etdiyi hesabatda əks olunmuş fəaliyyətlər sırasında təşkilat tərəfindən cari il yanvarın 21-də təşkil olunmuş "Reyunyon adasının müstəqilliyi: Fransanın müstəmləkə irsinin yenidən qiymətləndirilməsi və suverenliyə gedən yol" adlı beynəlxalq konfrans, fevralın 24-26-da Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan ölkələrdə fəaliyyət göstərən jurnalistlərin iştirakı ilə təşkil edilmiş Beynəlxalq Mediatur, aprelin 15-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilmiş "Dekolonizasiya: Səssiz İnqilab" adlı beynəlxalq konfrans yer alıb. Sonuncu tədbir isə BMT-nin Afrika Mənşəli İnsanların Daimi Forumunun dördüncü sessiyasının rəsmi yan tədbiri kimi BMT-də qeydiyyatdan keçib.

Seçilən
18
11
publika.az

10Mənbələr