AZ

Azərbaycan yığmasının yeni baş məşqçisi onu da buradan uzaqlaşdırdı - FOTO

Ayxan Abbasov yeni təyinat aldığı millidə kadr islahatları aparmaqdadır.

İki gün öncə AFFA ilə müqavilə bağlayan mütəxəssis komandanın həkimini dəyişib.

Uzun illərdir burada çalışan Vyaçeslav Xomenko indən sonra U-21-də işləyəcək. Baş məşqçi gənclər yığmasından tanıdığı Vüsal Məmmədovu özüylə gətirib.

Ümumiyyətlə, o, U-21-də birgə çalışdığı korpusla yeni iş yerində yoluna davam etməyi lazım bilib.

Beləliklə, gənc mütəxəssisin əsas köməkçisi Elnur Çodarov olacaq. Qapıçılar üzrə yardımçı vəzifəsini isə Kamil Qafarov yerinə yetirəcək.

Həmçinin Cavad Mirzəyev, Vüsal Qarayev və Vüqar Mustafayev ölkənin əsas komandasında fəaliyyət göstərəcək.

44 yaşlı çalışdırıcının gördüyü ilk iş iki nəfərlə vidalaşmaq olub.

Belə ki, çalışdırıcı Fernandu Santuşun korpusunda yer almış Rəşad Eyyubov və Kamran Ağayevlə yolları ayırıb.

SPORTİNFO.AZ

photo

Seçilən
14
1
sportinfo.az

4Mənbələr