AZ

DOSTLARIN GÖRÜŞÜ

2025-ci il oktyabr ayının 01-də böyük şair  Bəxtiyar Vahabzadənin  anadan olmasının  100 illiyi münasibətilə  “Dostların görüşü” adlı toplantı keçirilmişdir. Toplantıda Türk Dövlətləri Parlamentlərarası Assambleyanın nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə  Millət vəkili Cavanşir Feyziyev açaraq Bəxtiyar Vahabzadənin yaradıcılığı və ictimai-siyasi fəaliyyəti haqqında əhatəli məlumatlar vermişdir. Sonra Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov,  Millət  vəkilləri Əli Məsimli, Vüqar İsgəndərov çıxış etdilər. Gənclərə Yardım Fondunun nümayəndəsi Eldar  Kərimov, Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, Azər Məmmədov, Təhminə  Bakiyeva, Şahidə Mehdiyeva, Emin Salmanov, Serhat Uysal, Ələsgər Ağayev, Mais Məmmədov çıxış edərək böyük şairin yaradıcılığının çoxsahəliliyindən və xüsusilə ictimai-siyasi motivlərindən danışdılar.

Azərbaycan Respublikası Yazıçılar İttifaqı Şəki Regional  Bölmənin sədri şair Vaqif Aslan Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında əhatəli məruzə ilə çıxış etdi.

Toplantıda Qırğız-Türk “Manas” Universiteti Xarici dillər  məktəbinin baş müəllimi, şair və tərcüməçi  Altınbek İsmailov, Türkiyə Böyük Mİllət Məclisinin  üzvləri, Türk Dövlətləri Parlamentlərarası Assambleyanın nümayndələri  Osman Mesten, Mahmut Özer, Filiz Kılıc, Kadim Durmaz, Yunus Emre Ünal, Kürşad Melih  Sarıarslan öz çıxış etdilər.

Türkiyə Respublikasının Azərbaycandakı  fövqəladə  və  səlahiyyətli səfiri Birol  Akgün, səfirliyin ikinci katibi Tevfik Yavuzer,  Türkiyə İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin direktoru İbrahim Ertan Yülek, Qafqaz Universitetinin professoru  Mitat Durmuş, İstanbul Universitetinin professoru Fethi Gedikli, Daşkənd Tətbiqi Elmlər Universitetinin professoru Kozakboy Yıldaş, Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin dosenti Tohir Kahhor, Namanqan vilayətinin “Murabbiy”qəzetinin baş redaktoru Dilbarhon Xaydarova çıxış  etdilər və  Bəxtiyar Vahabzadənin  yaradıcılığının, milli mentalitetimizin  gələcək nəsillər üçün  mayak olduğunu vurğuladılar. 

Türkiyə Parlamnetlərarası Assambleyanın  baş katibi Mehmet Süreyya Er, baş katibin müavinləri Fuad Ələkbərov, Saki Sadıqov, Aynurə Abutalıbova, Bauırjan Datkayev, Kadir Yaman öz çıxışlarında Bəxtiyar Vahabzadəni türk xalqları  lirikasının bayraqdarı adlandırdılar.

2025-ci ildə Bəxtiyar Vahabzadənin 100 illiyinin yüksək səviyyədə qeyd edildiyinə görə, böyük şairin qızı Gülzar Vahabzadə möhtərəm cənab Prezidentimiz  İlham Əliyevə və  Azərbaycanda keçirilən silsilə tədbirlərin təşkilatçılarına, iştirakçılarına, bütün Bəxtiyar sevərlərə ailələri adından təşəkkür və minnətdarlıq etdilər. Tədbirdə  Bəxtiyar Vahabzadənin nəvə və nəticələri də iştirak etmişdilər.                                

P.S.Tədbir Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında keçirilib.

Çingiz  Nağıyev,                                                                            

Şəki

                                                                                

Seçilən
15
adalet.az

1Mənbələr