2025-ci il oktyabr ayının 01-də böyük şair Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə “Dostların görüşü” adlı toplantı keçirilmişdir. Toplantıda Türk Dövlətləri Parlamentlərarası Assambleyanın nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə Millət vəkili Cavanşir Feyziyev açaraq Bəxtiyar Vahabzadənin yaradıcılığı və ictimai-siyasi fəaliyyəti haqqında əhatəli məlumatlar vermişdir. Sonra Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, Millət vəkilləri Əli Məsimli, Vüqar İsgəndərov çıxış etdilər. Gənclərə Yardım Fondunun nümayəndəsi Eldar Kərimov, Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, Azər Məmmədov, Təhminə Bakiyeva, Şahidə Mehdiyeva, Emin Salmanov, Serhat Uysal, Ələsgər Ağayev, Mais Məmmədov çıxış edərək böyük şairin yaradıcılığının çoxsahəliliyindən və xüsusilə ictimai-siyasi motivlərindən danışdılar.
Azərbaycan Respublikası Yazıçılar İttifaqı Şəki Regional Bölmənin sədri şair Vaqif Aslan Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında əhatəli məruzə ilə çıxış etdi.
Toplantıda Qırğız-Türk “Manas” Universiteti Xarici dillər məktəbinin baş müəllimi, şair və tərcüməçi Altınbek İsmailov, Türkiyə Böyük Mİllət Məclisinin üzvləri, Türk Dövlətləri Parlamentlərarası Assambleyanın nümayndələri Osman Mesten, Mahmut Özer, Filiz Kılıc, Kadim Durmaz, Yunus Emre Ünal, Kürşad Melih Sarıarslan öz çıxış etdilər.
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, səfirliyin ikinci katibi Tevfik Yavuzer, Türkiyə İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin direktoru İbrahim Ertan Yülek, Qafqaz Universitetinin professoru Mitat Durmuş, İstanbul Universitetinin professoru Fethi Gedikli, Daşkənd Tətbiqi Elmlər Universitetinin professoru Kozakboy Yıldaş, Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin dosenti Tohir Kahhor, Namanqan vilayətinin “Murabbiy”qəzetinin baş redaktoru Dilbarhon Xaydarova çıxış etdilər və Bəxtiyar Vahabzadənin yaradıcılığının, milli mentalitetimizin gələcək nəsillər üçün mayak olduğunu vurğuladılar.
Türkiyə Parlamnetlərarası Assambleyanın baş katibi Mehmet Süreyya Er, baş katibin müavinləri Fuad Ələkbərov, Saki Sadıqov, Aynurə Abutalıbova, Bauırjan Datkayev, Kadir Yaman öz çıxışlarında Bəxtiyar Vahabzadəni türk xalqları lirikasının bayraqdarı adlandırdılar.
2025-ci ildə Bəxtiyar Vahabzadənin 100 illiyinin yüksək səviyyədə qeyd edildiyinə görə, böyük şairin qızı Gülzar Vahabzadə möhtərəm cənab Prezidentimiz İlham Əliyevə və Azərbaycanda keçirilən silsilə tədbirlərin təşkilatçılarına, iştirakçılarına, bütün Bəxtiyar sevərlərə ailələri adından təşəkkür və minnətdarlıq etdilər. Tədbirdə Bəxtiyar Vahabzadənin nəvə və nəticələri də iştirak etmişdilər.
P.S.Tədbir Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında keçirilib.
Çingiz Nağıyev,
Şəki