AZ

Bakıdan Kopenhagenədək: yeni geosiyasi reallığın dəyişən siması

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Siyasi BirliyininKopenhagendə keçirilən VII sammitində iştirakı sadəcə diplomatikprotokol çərçivəsində qalmayaraq yeni siyasi dövrün parlaqgöstəricisinə çevrilən olaydır.

Bakı üçün bu, adi səfər deyil - bu, Avropa ilə münasibətlərinkeyfiyyətcə yeni mərhələsinin təsdiqi idi. Simvolik bəyanatlardanreal inteqrasiyaya, Avropanın təhlükəsizlik və enerji memarlığınınayrılmaz parçasına çevrilmək mərhələsinə keçid baş verdi. AvropaSiyasi Birliyi üçün isə Prezident İlham Əliyevin iştirakı aydınsiqnaldır: artıq enerji, nəqliyyat marşrutları və təhlükəsizlikkimi strateji məsələlər Azərbaycan olmadan müzakirə ediləbilməz.

Cəmi üç ildə ASB məhdud gündəmli forumdan qitənin yeni siyasigeometriyasını formalaşdıran platformaya çevrildi. Bukonstruksiyanın işləməsi üçün əsas oyunçulardan biri də məhzAzərbaycan oldu. Bakı artıq tanınmaq istəmir - Bakı qaydaları özümüəyyənləşdirir, Avropaya isə böhranlar və təlatümlər dövründəkonkret həllər təqdim edir.

Simvolik məqam odur ki, Kopenhagendə keçirilən sammitinnəticələrindən biri 2028-ci ildə ASB sammitlərindən birinin Bakıdatəşkil olunması qərarı oldu. Bir neçə il öncə bu, təsəvvür beləedilə bilməzdi: bu cür tədbirlərə ev sahibliyi etmək hüququ əsasəniri Avropa dövlətlərinin və onların aparıcı tərəfdaşlarınınimtiyazı idi. İndi isə Azərbaycan Avropanın aparıcı siyasimərkəzləri ilə bir sırada dayanır. Bu, sadəcə rolun tanınması deyil- bu, artıq özünü sübut etmiş ölkəyə verilən etimad səsidir.

Azərbaycanın Avropa siyasətində əsas resursu energetikadır. Ammaəgər 2000-ci illərin əvvəlində bu, iqtisadi müstəqilliyin alətiidisə, 2022–2025-ci illərdə enerji amili artıq Avropa İttifaqı iləmünasibətlərin sistem yaradan dayağına çevrildi.

Cənub Qaz Dəhlizi siyasi bəyanatdan real layihəyə çevrildi.TANAP və TAP vasitəsilə Azərbaycan qazı Cənubi və Mərkəzi Avropabazarına çıxış əldə etdi. 2024-cü ildə Oksfordda keçirilən ASBsammitində Prezident İlham Əliyev konkret hədəf qoydu: 2027-ci iləqədər Aİ-yə qaz ixracını ildə 20 milyard kubmetrə çatdırmaq.

Rəqəmlər öhdəliklərin yerinə yetirildiyini göstərir: 2021-ciildə Aİ-yə ixrac 8,1 milyard kubmetr idisə, 2024-də 12,5 milyard,2025-də isə artıq 14,2 milyard kubmetrə çatdı. Cəmi dörd ildə75%-lik artım Azərbaycanın Avropanın enerji mənbələrininşaxələndirilməsində əsas oyunçuya çevrildiyini sübut etdi.

Maliyyə dayanıqlığı Dövlət Neft Fondu vasitəsilə təmin olunur.2025-ci ildə Fondun aktivləri 57 milyard dollardan artıq oldu ki,bu da iri infrastruktur və enerji layihələrini xarici kreditlərsizmaliyyələşdirməyə imkan verdi. Qlobal təlatümlərə baxmayaraq, ölkəÜDM-i 2,6–3% artım nümayiş etdirdi. Beynəlxalq təşkilatlarAzərbaycanı regionun “sabitlik lövbəri” adlandırır.

Avropa İttifaqı da enerji strategiyasını yenidən dəyərləndirdi.Rusiya qazının kəskin azaldılmasından sonra Azərbaycanın Aİidxalındakı payı 5,4%-ə çatdı və 2027-ci ilə qədər bu rəqəm ikiqatarta bilər. Aİ-nin rəsmi sənədlərində Bakı ilk dəfə Norveç vəƏlcəzairlə eyni səviyyədə etibarlı tərəfdaş kimi göstərildi.Beləliklə, enerji suverenliyi Azərbaycanın Avropanın stratejiorbitinə daxil olmasının əsas rıçağına çevrildi.

Enerji baza oldu, amma diplomatiya Azərbaycanın müstəqil oyunçustatusunu möhkəmləndirdi.

2022-ci ildə Praqada keçirilən ilk ASB sammitində ErmənistanAzərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı rəsmən tanıdı.Bu, dönüş nöqtəsi idi: Bakı illər boyu arzuladığı nəticəni ilk dəfəçoxtərəfli formatda təsbit etdi.

Fransa və Aİ-nin Azərbaycanın ərazisində monitorinq missiyasıyerləşdirmək cəhdi qətiyyətlə rədd edildi. Müşahidəçilər yalnızErmənistan tərəfində qaldılar. Bununla Bakı suverenliyini qorudu və“Aİ missiyası” adı altında daxili işlərə müdaxiləyə imkanvermədi.

2023-cü ildə Prezident İlham Əliyev Fransanın Türkiyəsiz formatyaratmağa çalışdığı Qranada sammitini nümayişkaranə şəkildə boykotetdi. O zaman bu addım riskli görünürdü, amma iki il sonra aydınoldu: Azərbaycan sübut etdi ki, ASB onun mövqeyini nəzərə almadantamhüquqlu platforma ola bilməz.

2025-ci ildə Tiranada keçirilən sammitdə Aİ liderləriAzərbaycanı açıq şəkildə “vacib və etibarlı tərəfdaş”adlandırdılar. Üstəlik, ASB-nin 2028-ci il sammitinin Bakıdakeçiriləcəyi elan olundu. Beləliklə, suverenlik prinsipinə vəTürkiyə ilə müttəfiqliyə əsaslanan müstəqil diplomatiya stratejinəticə verdi.

Avropa üçün bu, mühüm dərs oldu: əhalisi 11 milyondan az olanbir dövlət də enerji resurslarına, müttəfiqlik bağlarına və aydınstrategiyaya söykənərək öz gündəmini diktə edə bilər.

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistanarasında imzalanmış Birgə Bəyannamə sülh sazişinin faktikiproloquna çevrildi. Sənəddə sərhədlərin tanınması, əraziiddialarından imtina və nəqliyyat əlaqələrinin inkişafı niyyətitəsbit olundu. Sazişin imzalanması 2025-ci ilin sonuna və ya2026-cı ilin əvvəlinə gözlənilir.

Bu bəyannamə regiondakı siyasi atmosferi dəyişdi. İlk dəfədirki, Cənubi Qafqazın sabitlik zonası olması perspektivi utopiyaolmaqdan çıxdı. Prezident İlham Əliyev vurğuladı: “Tam sakitliyintəmin olunması yalnız Qafqaz üçün deyil, həm də Mərkəzi Asiya,Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları yaradacaq.”

Xüsusi əhəmiyyət daşıyan təşəbbüslərdən biri ABŞ tərəfindənirəli sürülmüş TRIPP (Trump Route for International Peace andProsperity) layihəsidir. O, Sünik (Zəngəzur) üzərindən marşrutunyaradılmasını nəzərdə tutur ki, bu da Azərbaycanı Naxçıvan MuxtarRespublikası və Türkiyə ilə birləşdirəcək. Bakı üçün bu, Türkiyəyəbirbaşa çıxış və Gürcüstan üzərindən keçən marşrutlardan asılılığınazalması deməkdir. Avropa üçün isə mövcud dəhlizləri tamamlayanyeni tranzit yoludur.

Beləliklə, sülh prosesi regionun yeni konfiqurasiyasınınkatalizatoruna çevrilir. Ermənistan təcriddən çıxmaq şansı qazanır,Azərbaycan tranzit mərkəzi kimi mövqeyini gücləndirir, TürkiyəAvrasiya logistikasında rolunu artırır, Avropa isə alternativtəchizat kanalına sahib olur.

Ölkənin rolunun möhkəmlənməsi yalnız enerji və diplomatiya iləbağlı deyil, həm də oyunun qaydalarını müəyyən edən yeniplatformaların yaradılması ilə əlaqədardır.

2023-cü ildən fəaliyyət göstərən Bakı Təhlükəsizlik Forumu2025-ci ilə qlobal miqyas kəsb etdi. Burada terrorizm,kibertəhlükələr, enerji infrastrukturunun mühafizəsi müzakirəolunur. 2025-ci ildə forumun institusionallaşma prosesi başladı:Təşkilat Komitəsi və Katiblik yaradıldı. ABŞ, Çin və Hindistannümayəndələrinin iştirakı Bakının artıq qlobal məsələlərin müzakirəmeydanına çevrildiyini göstərdi.

Ən az bunun qədər mühüm istiqamət Azərbaycanın ATƏT-in Sülh vəTəhlükəsizlik üzrə Qarşılıqlı Tədbirlər Konfransına (SVMDA)sədrliyidir. 2025-ci ilin iyulunda Bakıda keçirilmiş nazirlərgörüşündə regional iqtisadi əməkdaşlıq strategiyası layihəsi təqdimolundu. Buraya Orta Dəhlizin modernləşdirilməsi, ticarətdəbaryerlərin azaldılması və rəqəmsallaşma prosesləri daxildir. Busənəd Aİ, Türkiyə və Çin maraqları ilə üst-üstə düşərək BakınıAvropanın “Qlobal Qapılar” təşəbbüsü ilə Çin “Bir Kəmər, Bir Yol”layihəsi arasında körpüyə çevirir.

Avropa Siyasi Birliyi sammitinin 2028-ci ildə Bakıda keçirilməsiqərarı Azərbaycanın institusional liderliyini təsdiqləyir. Bu,ölkənin sabitliyi, siyasi nüfuzu və infrastruktur imkanlarısayəsində mümkün oldu.

Nəqliyyat əlaqəliliyi Azərbaycanın yeni siyasətinin digərdayağıdır. 2025-ci ildə Orta Dəhliz üzrə yükdaşımalar 36% artaraq8,7 milyon tona çatdı. TRACECA proqnozlarına görə, 2030-cu iləqədər tranzit həcmi 20 milyon tonu ötəcək.

2025-ci ilin iyununda Ələt Bakı Limanında yeni konteynerterminalının inşası üçün müqavilə imzalandı. Modernləşmə başaçatdıqdan sonra limanın gücü ildə 25 milyon ton yük və 500 minkonteynerə qədər artacaq. Bu, Bakını qlobal logistikanın mühümhəlqəsinə çevirir.

TRIPP layihəsi çərçivəsində nəzərdə tutulan Zəngəzur marşrutuŞərq–Qərb və Şimal–Cənub inteqrasiya olunmuş nəqliyyatdəhlizlərinin bir hissəsi olacaq. Bu, təkcə Azərbaycanın tranzitpotensialını gücləndirmir, həm də ona Avropa, Asiya və Yaxın Şərqüçün qlobal logistika mərkəzi statusu qazandırır.

Azərbaycanın Avropa siyasətində və Avropa Siyasi Birliyiçərçivəsində mövqeyi sistemli və dayanıqlı xarakter qazanıb. Bu isəenerji suverenliyi, müstəqil diplomatiya, sülhməramlı təşəbbüslərvə institusional liderliyin sintezi sayəsində mümkün oldu.Sözügedən amillər bir-birini tamamlayaraq elə bir strateji çərçivəformalaşdırır ki, burada Bakı təkcə xarici çağırışlara uyğunlaşmır,eyni zamanda oyunun qaydalarını özü müəyyənləşdirir.

Energetika artıq yalnız ixrac mənbəyi deyil - AzərbaycanınAvropa İttifaqı ilə dialoqda əsas arqumentinə çevrilib. Qaz və neftAvropanın cari tələbatını təmin edir, bərpaolunan enerjisahəsindəki layihələr isə gələcək üçün güclü zəmin yaradır.Müstəqil diplomatiya ölkəni yad formatlara cəlb olunmaqdan qoruduvə Azərbaycanın müstəqil mövqeyini təsdiqlədi - böyük dövlətlərinmaraqları toqquşduğu şəraitdə belə Bakının mövqeyi hörmətləqarşılanır. Vaşinqton Bəyannaməsində və TRIPP təşəbbüsündəifadəsini tapan sülh prosesi isə Azərbaycanı Cənubi Qafqazıntransformasiyasında əsas həlqəyə çevirdi. Onilliklərdən sonra ilkdəfə davamlı sülh perspektivi yarandı. İnstitusional liderlik -beynəlxalq forumlarda sədrliyə və təşəbbüslərə çıxış - Bakınıqlobal dialoqun təşkilatçısı və moderatoru rolundamöhkəmləndirdi.

Kopenhagendə keçirilmiş VII ASB sammiti göstərdi ki, söhbətartıq rəsmi-protokol görüşlərindən getmir: Azərbaycan Avropamemarlığına gündəmi formalaşdıran subyekt kimi daxil oldu. Avropaİttifaqı üçün o, yalnız etibarlı enerji təchizatçısı və gələcək“yaşıl enerji” mənbəyi deyil, həm də Mərkəzi Asiyaya tranzitkörpüsü, regional sabitlik амили və danışıqlar meydanıdır.Azərbaycan üçün isə Avropa bazar, investisiya mənbəyi, texnologiyatəminatçısı və qlobal təşəbbüslərin institusionallaşmasındatərəfdaş qismində çıxış edir.

2028-ci ilə qədər inkişaf trayektoriyası artıq dəqiq müəyyənolunub: qaz ixracının artırılması, Ermənistanla sülh sazişininimzalanması, Qafqazın sabitlik məkanına çevrilməsi, Orta Dəhlizingenişləndirilməsi və ASB sammitinin Bakıda keçirilməsi. Bütünbunlar birlikdə unikal “Azərbaycan xarici siyasət modeli”niformalaşdırır. Bu model praqmatizmə, suverenliyin qorunmasına vəinstitusional liderliyə əsaslanır. O, Azərbaycanın beynəlxalqarenadakı mövqelərini möhkəmləndirməklə yanaşı, ölkəni Avropa,Asiya və Yaxın Şərq maraqlarının qovuşduğu əsas mərkəzlərdən birinəçevirir. Beləliklə, Bakı artıq obyekt deyil, yeni geosiyasireallığın tamhüquqlu memarıdır.

Seçilən
18
2
az.trend.az

3Mənbələr