AZ

Rumıniyada “POLİS” elmi jurnalının Azərbaycana həsr olunmuş xüsusi nəşrinin təqdimatı keçirilib

BAKI, 2 oktyabr. TELEQRAF

1 oktyabrda Rumıniyanın Yassı şəhərinin “Petre Andrei” Universitetində tarix, mədəniyyət və siyasəti əks etdirən “POLİS” elmi jurnalının Azərbaycana həsr olunmuş xüsusi nəşrinintəqdimatı keçirilib.

Teleqraf xəxbər verir ki, təqdimatda Rumıniyanın Parlamentinin Senatının prezidenti Mirça Abrudeanın video müraciəti səsləndirilib.

O, “POLİS”-in ölkəmizə həsr olunmuş xüsusi buraxılışın işıq üzü görməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib, Azərbaycanın Avropa və Asiya arasında strateji yerləşməsi, enerji resursları və regional təhlükəsizlik arxitekturasındakı rolu sayəsində müasir qlobal dinamik dəyişən proseslər şəraitində əvəzolunmaz ölkə adlandırıb. Həmçinin, o akademik əhəmiyyət ilə yanaşı sözügedən jurnalın tələbələr, tədqiqatçılar və oxucular üçün mühüm regionun bir çox aspektləri ilə tanış olmağa imkan yaratdığını qeyd edib.

Bundan əlavə tədbir iştirakçılarına senator, iqtidar Milli Liberal Partiyasının (PNL) parlament fraksiyasının sədrinin müavini, Senatın mədəniyyət və media komitəsinin sədri, eləcə də Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Avqustin Nikulesku-Tsıqırlaşın jurnalın işıq üzü görməsi ilə bağlı video müraciəti səsləndirilib. Rumıniya millət vəkili bu ilin avqustunda Qarabağa rəsmi səfərini xatırlayaraq, əsrarəngiz diyarda Azərbaycanın ruhunu hiss etdiyini qeyd edib. O, Azərbaycanın regionda günü gündən artan nüfuzunu, aparıcı rolunu vurğulayıb, ölkəmiz ilə Rumıniya arasında münasibətlərin Asiya ilə Avropa arasında iqdisadi körpü rolu oynayacağına əminliyini ifadə edib. Həmçinin, senator ölkələrimiz arasında ortaq və qarşılıqlı maraq doğuran əlaqələri qeyd edərək, regionda beynəlxalq nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi üçün iki ölkənin sıx əməkdaşlığının əhəmiyyətinə toxunub.

Universitetin senatının sədri, profesor Sorin Bokançea tədbirdə çıxış edərək, Azərbaycana həsr olunmuş “POLİS” jurnalının xüsusi nəşrinin elmi əhəmiyyətini qeyd edib, iki ölkənin akademik dairələri arasında dialoqun qurulması üçün fürsət yaratdığını bildirib.

Səfir Qüdsi Osmanov çıxışında qeyd edib ki, Azərbaycana həsr olunmuş jurnalının xüsusi nəşrində gənc azərbaycanlı aspirantların siyasət, tarix, iqtisadiyyat və beynəlxalq münasibətlər barədə ölkəmizə aid müxtəlif aktual mövzuları dərc olunub. Həmçinin, diplomat bu nəşr sayəsində Rumıniyadakı oxucuların bir addım da Azərbaycana yaxınlaşmasını bildirib. Səfir universitetin rəhbərliyinə, jurnal üzərində əməyi keçən heyətə təşəkkürünü bildirərək, onları Azərbaycanın universitetləri ilə, xüsusən Qarabağ Universiteti ilə əməkdaşlığa dəvət edib.

Universitetin professoru, jurnalın icraçı direktoru Sabin Draqulin çıxışında jurnalın mədəniyyətlər arası dialoqa töhfə verdiyini bildirib. O, elmi jurnalda Azərbaycanın siyasəti, tarixi və mədəniyyəti aspektlərinə həsr olunmuş məqalələrin rumıniyalı oxucular, o cümlədən region ilə maraqlanan tədqiqatçılar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qeyd edilməlidir ki, “POLİS” jurnalı beynəxalq elmi platformalarda indekslənən Rumıniyanın aparıcı nəşrlərindən biridir.
Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, Yassı şəhərinin rəhbərliyi, ictimai xadimlər, jurnalistlər, digər universitetlərin nümayəndələri iştirak edib.

Tədbir Rumıniya mediasında geniş işıqlandırılıb.

Seçilən
23
6
teleqraf.com

7Mənbələr