AZ

Brüssel Kremllə bağlı taktikanı dəyişdi Hazırlıq gedir

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı yeni, daha sərt məhdudiyyətlər tətbiq etməyə hazırlaşırlar”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

“Biz mərhələli yanaşma qəbul etmirik. Lakin enerji, maliyyə xidmətləri və ticarət sahələrində çox daha sərt tədbirlər təklif edirik”, – o bildirib.

Avropa Komissiyasının rəhbəri əlavə edib ki, bu yanaşma artıq müzakirə olunan 19-cu sanksiyalar paketinin hazırlanmasında istifadə olunur:

“Bunlara, xüsusən, 2027-ci ilin yanvarından etibarən Rusiyanın mayeləşdirilmiş təbii qazının Aİ-yə idxalına qadağa, həmçinin kriptovalyuta və banklarla bağlı tədbirlər daxildir”.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
globalinfo.az

1Mənbələr