AZ

Bəşər Əsəd Moskvada ZƏHƏRLƏNDİ – SENSASİON İDDİA

Suriyanın keçmiş prezidenti Bəşər Əsədə zəhərlənmə cəhdi edilib. Mənbələr onun vəziyyətinin stabil olduğunu bildirir.

Musavat.com xəbər verir ki, bu barədə Suriya İnsan Haqlarını Müşahidə Qrupu (SOHR) məlumat yayıb.

Təşkilatın məlumatına görə, Əsəd sentyabrın 29-da Moskvanın kənarında müalicə olunduğu xəstəxanadan buraxılıb.

Mənbə dəqiqləşdirib ki, sabiq prezident xəstəxanada olduğu müddətdə yalnız qardaşı Maher Əsəd və prezidentlik işləri üzrə keçmiş baş katib Mənsur Əzzama onun yanına baş çəkə biliblər.

Hücumun arxasında duranların məqsədinin “Rusiya rəhbərliyini utandırmaq və Suriyanın keçmiş liderini qətlə yetirməkdə ittiham etmək” olduğu vurğulanır.

Musavat.com

Seçilən
24
1
musavat.com

2Mənbələr