AZ

Xızıda gənc özündən 19 yaş böyük tanışını niyə BIÇAQLAYIB? – TƏFƏRRÜAT

Xızının Giləzi qəsəbəsində 18 yaşlı gənc özündən 19 yaş böyük tanışını bıçaqlayıb.

Qəsəbə sakini, 18 yaşlı Emin Ceyhun oğlu Məmmədov mübahisə nəticəsində tanışı, 37 yaşlı Hüseynbala Cürət oğlu Yəhyayevə bıçaqla xəsarət yetirib. Qarın nahiyəsindən bir bıçaq zərbəsi alan Hüseynbala Yəhyayev xəstəxanaya yerləşdirilib.

Bizim.Media Emin Məmmədovun tanışı Hüseynbala Yəhyayevi bıçaqlamasının təfərrüatlarını öyrənib. Məlumata görə, Eminlə Hüseynbala yenicə tanış olublar. Onlar birgə yeyib içəndə sözləri çəp gəlib və mübahisə ediblər. Bu zaman Hüseynbala Emini söyüb, ona əl qaldırıb. Emin də onu bıçaqlayıb.

Xızı polisi hadisəni törətməkdə şübhəli bilinən Emin Məmmədovu saxlayıb. Hadisənin tam başvermə səbəbi Xızı rayon polis şöbəsində başlanılan istintaq araşdırmalarından sonra məlum olacaq.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
30
1
bizim.media

2Mənbələr