AZ

Xalqın müdrik seçimi

Azərbaycanın müstəqillik tarixində ölkəmizin və xalqımızın taleyi baxımından mühüm önəm daşıyan bir sıra hadisələr baş verib. Bunların sırasında Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtması və həmin il oktyabrın 3-də Prezident seçilməsi müstəsna əhəmiyyətə malikdir. Bu qayıdış respublikamız üçün bir qurtuluş məqamı idi.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Deputat həmin tarixi dönəmə ekskursiya edərək bildirib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan çox ağır vəziyyətlə üzləşmişdi. 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC-“Müsavat” iqtidarının həyata keçirdiyi səriştəsiz, diletant siyasət bütün sahələrdə ölkəni çətin duruma salmışdı. Gənc respublikada ictimai-siyasi sabitlik pozulmuşdu, iqtisadiyyat iflic vəziyyətə düşmüşdü, iş yerləri bağlanmışdı, insanlar hətta gündəlik zəruri tələbat mallarını əldə etməkdə belə çətinlik çəkirdilər. Eyni zamanda, ölkədəki xaosdan istifadə edən Ermənistan təcəvüzkarlıq siyasətini genişləndirərək Azərbaycanın bölgələrini bir-birinin ardınca zəbt edirdi. İnsanların sabahkı günə ümidləri qalmamışdı və XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyin itirilməsi tam real idi. “Belə bir vəziyyətdə xalq sınanmış Lideri, o dövrdə Naxçıvanda yaşayıb çalışan Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasını təkid etdi. Vətənini çox sevən Heydər Əliyev ölkənin üzləşdiyi çətin durumda xalqının istəyinə qarşı çıxa bilməzdi və çıxmadı da. O, həmin təlatümlü dövrdə hakimiyyətə gəlməyin bütün çətinliklərini və məsuliyyətini göz önünə alaraq xalqın istəyinə razılıq verdi. Ulu Öndər 1993-cü il iyunun 9-da Bakıya gəldi və 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu, 15 iyunda isə Azərbaycan Ali Sovetinin Sədri seçildi”, - deyə Samir Vəliyev vurğulayıb.

Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib və oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içib. Heydər Əliyev həmçinin 1998-ci il oktyabrın 11-də baş tutan prezident seçkilərində də xalqın mütləq əksəriyyətinin etimadını qazanmağa nail olub.

Seçilən
11
7
publika.az

8Mənbələr