AZ

Adnan Əhmədzadə həbsdən az əvvəl kiminlə görüşüb? DETALLAR

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bir müddət əvvəl Bakıda həbs edilən SOCAR-ın investisiya departamentinin sabiq rəis müavini Adnan Əhmədzadə ilə bağlı hər gün yeni bir məlumat xarici medianın gündəmini zəbt edir.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, bu dəfə media onun  “Lukoil”in təsisçisi Vahid Ələkbərovla əlaqələrindən yazıb.

Adnan Əhmədzadəni Vahid Ələkbərovla nə bağlayır?

İddialara görə, SOCAR-ın investisiya departamentinin sabiq rəis müavini Adnan Əhmədzadə ilə “Lukoil”in təsisçisi Vahid Ələkbərov arasında sıx dostluq əlaqələri var.

Sentyabr ayında, həbs olunmazdan bir neçə gün əvvəl Adnan Əhmədzadə Bodrumda “Lukoil”un təsisçisinin ad günü mərasimində iştirak edib və Vahid Ələkbərovun “Genesis” yaxtasından istifadə edib. Bu onun oliqarx Vahid Ələkbərovun etibarlı adamı olması versiyasını gücləndirir.

Adnan Əhmədzadə Vahid Ələkbərovun yaxtasını niyə öz adına keçirib?

Ən sensasion ifşalardan biri isə Əhmədzadənin Rusiyanın ikinci ən böyük neft şirkəti olan “Lukoil”un prezidenti Vahid Ələkbərovla koordinasiyada 108 milyon dollar dəyərindəki “Galactica Super Nova” superyaxtasını öz adına rəsmiləşdirməkdə şübhəli bilinməsidir.

Adnan Əhmədzadə yaxtanı niyə gizlədir?

Yaxta Qərb ölkələri tərəfindən müsadirədən yayınmaq üçün Aralıq dənizi limanlarından birində gizlədilib. Ələkbərov 13 aprel 2022-ci ildə Böyük Britaniya sanksiyalarına məruz qalıb.

“Lukoil”un səhmdarı və milyarder Vahid Ələkbərovun 70 metrlik “Galactica Super Nova” superyaxtasını satdığı və yeni 80 metrlik “Genesis” adlı yaxta aldığı güman olunur.

Yaxtanın mülkiyyət hüququ keçən il dəyişib. Gəmi Maltada qeydiyyatdan keçmiş “Nova 70 LTD” şirkətinə məxsus olub və bu şirkəti Ələkbərov Maltada yerləşən “Waves Holdings LTD” və Kiprdə qeydiyyatdan keçmiş “Grindale Investments LTD” vasitəsilə nəzarətdə saxlayırdı. Lakin “Dəniz portalı”nın məlumatına görə, 11 iyulda yaxta Marşall adalarında qeydiyyatdan keçən və adı məlum olmayan “Six Star Shipping LTD” ofşor şirkətinə ötürülüb. İki ay sonra yaxtanın adı dəyişdirilərək “Gaja” olub.

Maraqlı məqam odur ki, bu yaxta yaxın vaxtlarda azərbaycanlı iş adamı Adnan Əhmədzadənin adına (Luxstar LTD) qeydiyyatdan keçirilib. Bildirilir ki, bu addım sanksiyalardan yayınmaq və aktivləri gizlətmək məqsədilə atılıb.

Adnan Əhmədzadənin yaxtası necə yoxa çıxdı?

Böyük Britaniya sanksiyalarına düşmüş 100 milyon dollar dəyərindəki superyaxta Böyük Britaniya vətəndaşı olan Adnan Əhmədzadənin adına qeydiyyatdan keçirilib və sonradan Aralıq dənizində beynəlxalq izləmə sistemlərindən (GPS siqnalının söndürülməsi yolu ilə) yoxa çıxıb.

Adnan Əhmədzadə Britaniya vətəndaşılığından necə istifadə edir?

Adnan Əhmədzadə Azərbaycanın vətəndaşı olmaqla yanaşı, Böyük Britaniya vətəndaşlığını da alıb. Onun bu vətəndaşlığı necə aldığı yalnız özünə və Britaniya hakimiyyətinə məlumdur.

İddialara əsasən, indi Adnan Əhmədzadəni Britaniya vətəndaşlığından Ələkbərovun aktivlərini hüquqi cəhətdən qorumaq, həmçinin “Lukoil”, “Tatneft”, “Sibur”, “Surqutnefteqaz” və digər rus neft şirkətlərinin neft ticarətinə yardım etmək üçün istifadə etməkdə ittiham edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
globalinfo.az

1Mənbələr