AZ

Dünyanın ilk trilyoneri ola bilər Sərvəti 500 milyarda çatdı

Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.

Milyarder İlon Mask tarixdə sərvəti 500 milyard dollara çatan ilk şəxs olub.

Axşam.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Jurnalın hesablamalarına görə, 54 yaşlı Maskın "Tesla" da daxil olmaqla bütün aktivlərinin dəyəri oktyabrın 1-də 500 milyard dolları keçib. Lakin daha sonra bir qədər azalaraq 499 milyard dollardan bir qədər çox olub.

Nəşrin proqnozlarına görə, sərvəti yaxşılaşmağa davam edərsə, iş adamı 2033-cü ilin martına kimi dünyanın ilk trilyoneri ola bilər.

Xatırladaq ki, ilin əvvəlində Mask ABŞ Prezidenti Donald Tramp administrasiyasında çalışarkən onun şirkətlərinin, ilk növbədə "Tesla"nın dəyəri sürətlə azalıb. Lakin o, Ağ Evi tərk etdikdən sonra səhmləri yenidən yüksəlib. O, indi sərvətinə görə ikinci olan Larri Ellisonu ("Oracle"ın həmtəsisçisi) 150 milyard dollar qabaqlayır və dünyanın ilk trilyonçusu olmaq yolunu yarılayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
34
axsam.az

10Mənbələr