Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Oktyabrın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “PeşəFest-2025” layihəsi İmişli rayonunda keçirilib.
“Qafqazinfo” xəbər verir ki, festivalda İmişlinin icra başçısı Elçin Rzayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov, idarə, müəssisə və təşkilatların əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən peşə məktəbinin tələbələri, orta məktəblərin şagirdləri, ictimaiyyət nümayəndələri və müxtəlif peşələrə maraq göstərən rayon sakinləri iştirak ediblər.
Tədbirin açılış mərasimində çıxış edənlər peşə təhsilinin inkişafı, dövlətin bu sahəyə göstərdiyi diqqət və gənclərin əmək bazarına hazırlıqlı şəkildə daxil olmalarının vacibliyi barədə danışıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu və Prezident İlham Əliyevin gənclərə, onların gələcəyinə, həmçinin əmək bazarının tələblərinə uyğun peşələrin inkişafına göstərdiyi diqqət və qayğı bu sahənin davamlı inkişafını təmin edir. Gənclər tərəfindən böyük maraqla qarşılanan “PeşəFest” tədbirlərinin bu sahədə, gənclərin müasir peşələrlə bağlı dolğun məlumat almalarına kömək göstərdiyi diqqətə çatdırılıb.
Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətləri barədə məlumat veriblər. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı öz tövsiyələrini çatdırıb, yeniyetmələrin, onların valideynlərinin suallarını cavablandırıblar.
Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunur.
İştirakçılar festivala qatılmaqla bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.
Festival iştirakçılar tərəfindən böyük maraq və fəallıqla qarşılanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.