AZ

Təhsilin İnkişafı Fondunun rəhbəri istefa ərizəsi yazıb Vəzifəsi bu şəxsə tapşırılıb...

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov istefa ərizəsi yazıb. 

“AzPolitika” xəbər verir ki, o, bu barədə ərizəsini Elm və Təhsil Nazirliyinin rəhbərliyinə təqdim edib.

Nazirlikdən məlumatı təsdiq ediblər. Qeyd olunur ki, E.Nəsibovun öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilib.

Nazir Emin Əmrullayevin imzaladığı əmrə əsasən fondun idarə heyətinin sədri vəzifəsi müvəqqəti olaraq Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlıya həvalə olunub.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
azpolitika.info

1Mənbələr