Suriyanın sabiq Prezidenti Bəşər Əsədi zəhərləyiblər.
Leqal.info xəbər verir ki, bu barədə Rusiya KİV-i Suriya İnsan Haqları Müşahidə Qrupuna (SOHR) istinadən məlumat yayıb.
Bildirilib ki, hazırda onun vəziyyəti stabildir.
Qeyd olunub ki, Əsəd sentyabrın 29-da Moskva ətrafındakı xəstəxanadan evə buraxılıb.
Mənbənin sözlərinə əsasən, Əsədin xəstəxanada olduğu müddətdə ona yalnız qardaşı Mahir və Prezident İşləri üzrə keçmiş baş katib Mənsur Əzzama baş çəkməyə icazə verilib.
“Əməliyyatı həyata keçirən tərəf rəsmi Moskvanı pis vəziyyətdə qoymaq və onu sabiq prezidentə sui-qəsddə ittiham etməyi planlaşdırıb, - deyə mənbə qeyd edib.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta