AZ

44 günlük müharibə ilə bağlı yeni qalmaqal Simonyan qərarı açıqladı

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“44 günlük müharibənin nəticəsini araşdıran komissiyanın hesabatı parlamentin qapalı iclasında müzakirə ediləcək”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan açıqlayıb.

Sədr hesabatın nəticəsinin plenar iclasda müzakirənin nəzərdə tutulmadığını söyləyib.

“Qapalı dinləmələr keçiriləcək, sənəd o formada təqdim olunacaq. Biz məsələni bir qədər əvvəl şurada müzakirə etdik və belə qərar verdik”, – Simonyan bildirib.

Qeyd edək ki, parlamentin Müdafiə Komitəsinin rəhbəri Andranik Köçəryanın sədrlik etdiyi komnissiyanın hesabatı ilə bağlı son günlərdə gərginlik müşahidə olunur. Bundan öncə də hesabatın nəticəsinin plenar iclasın gündəliyinə salınmaması milli asambleyada qalmaqala səbəb olub.

Əliyar Xəlil

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
globalinfo.az

1Mənbələr