AZ

“Qarabağ”ın hücumçusu Erlinq Halanda rəqib oldu

“Qarabağ”ın futbolçusu Emmanuel Addainin qolu UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizəddir.

Msport.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytı məlumat yayıb.

24 yaşlı hücumçu Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qalib gəldikləri II turun matçında fərqlənib. Forvard “köhlən atlar”ın ikinci qoluna imza atıb. Addaidən başqa, “Mançester Siti”dən Erlinq Haland, “Monako”dan Cordan Teze, PSV-dən İsmael Saibari də namizəddir.

Qeyd edək ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Kopenhagen”i 2 cavabsız qolla üstələyib.

Seçilən
13
5
msport.az

7Mənbələr