AZ

İrandan Azərbaycana 15 kiloqram narkotik keçirmək istədilər

İrandan Azərbaycana 15 kiloqram 200 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin birgə məlumatında bildirilib.

Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb. pizza hut

Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin birgə keçirdiyi sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 15 kiloqram 200 qram narkotik vasitə marixuana və 1490 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər 3 dəfə oxunub.
Seçilən
18
36
xezernews.az

10Mənbələr